Dövlət Komitəsi 17 yaşlı qızın qaçırılması ilə bağlı araşdırmalara başladı

Daxili xəbərlər | Sosial 28 avqust 2020
0


Bərdə rayonunda 17 yaşlı qızın qaçırılması ilə bağlı məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb.

Bu barədə "NewsCafe"yə Dövlət Komitəsindən məlumat verilib.

"Avqustun 28-də kütləvi informasiya vasitələrində Bərdə rayonunda 17 yaşlı qızın 2 dəfə ailə həyatı qurmuş şəxs tərəfindən qaçırıldığı ilə bağlı məlumatlar öz əksini tapıb. Məsələ operativ olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb. Məsələnin araşdırılması üçün Bərdə rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupuna müraciət edilib. Monitorinqin nəticəsinə uyğun olaraq adiyyəti üzrə müvafiq tədbirlər görüləcək"- deyə məlumatda bildirilib.

Oxşar xəbərlər
Təqvim
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31