Şəkidə ərə verilən 15 yaşlı qız valideynlərinin evinə qaytarılıb

Tural İbadlı Sosial təminat | Siyasət 15 iyul 2021
0
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Şəkinin Kiçik Dəhnə kəndində 15 yaşlı qızın ərə verilməsinin qarşısını alıb.
"NewsCafe" xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.
Onun sözlərinə görə, yeniyetmə ailəsinə təhvil verilib və ailə nəzarətə götürülüb.
O bildirib ki, Dövlət Komitəsinin nümayəndələri faktın yerində araşdırılması məqsədilə aidiyyatı qurumun əməkdaşları və psixoloqlar ilə birlikdə həmin ailədə olublar.
Dövlət Komitəsinin sözçüsü qeyd edib ki, yeniyetmə Şəkidə oxuduğu məktəbdə təhsilini davam etdirəcək.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl sosial şəbəkələrdə Şəkinin Kiçik Dəhnə kəndində 15 yaşlı qızın ərə verilməsi ilə bağlı videogörüntülər yayılıb. Yayılan görüntülər əsasında Şəki Şəhər Rayon Polis Şöbəsində dərhal araşdırmalara başlanılıb. Araşdırma zamanı 2005-ci il təvəllüdlü M.H ilə 1991-ci il təvəllüdlü M.S-nin evləndirilməsi faktı öz təsdiqini tapıb. Yeniyetmənin valideynləri polisə dəvət olunub və onların izahatları alınıb.
Oxşar xəbərlər
Təqvim
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031