Bu il Azərbaycanda yol hərəkətinin pozulmasına görə 93 milyon manat cərimə yazılıb

Tural İbadlı Maliyyə-Biznes 18 noyabr 2020
0
2020-ci ilin yanvar-sentyabr aylarında yol hərəkəti qaydaları əleyhinə 2 milyon 846 min 500 inzibati xəta aşkarlanıb.
NewsCafe”nin xəbərinə görə, qaydaların pozulmasına görə 93,2 milyon manat məbləğində cərimələr tətbiq edilib.
Xətaların 34,4 faizi yolda müəyyən edilən hərəkət sürəti həddinin aşılması, 20,7 faizi dayanma və ya durma qaydalarının pozulması, 8,7 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 8,3 faizi işıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 7,3 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 4,1 faizi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması, 3,2 faizi icbari sığorta müqaviləsinin bağlanmaması, qalan hissəsi isə digər səbəblərlə bağlıdır.
@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30