“Yelo Bank” ötən ili 40 mln manat zərərlə başa vurub

Maliyyə-Biznes | Sosial 28 yanvar 2021
0


“Yelo Bank” ASC 2020-ci ili 39,749 milyon manat zərərlə başa vurub. Halbuki, Bank 2019-cu ildən 69 min manat mənfəətlə çıxmışdı. 

“NewsCafe”  xəbər verir ki, ötən il “Yelo Bank”ın gəlirləri 57,322 milyon manat (illik müqayisədə 8,6% az), xərcləri 59,768 milyon manat (17,3% çox), xüsusi ehtiyatlara ayırmaları isə 37,303 milyon manat (3,2 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Yelo Bank”ın aktivləri 390,924 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 19,4% azdır. Bunun 249,68 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə Bankın kredit portfeli 2,8% kiçilib. 

Hesabat dövründə “Yelo Bank”ın öhdəlikləri 20% azalaraq 333,839 milyon manata, o cümlədən depozit portfeli 25,2% azalaraq 235,159 milyon manata düşüb, balans kapitalı isə 15% azalaraq 57,085 milyon manat, o cümlədən nizamnamə kapitalı 8,6% artaraq 378 milyon manat olub.

 

Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031