Azərbaycan Beynəlxalq Bankının xalis mənfəəti 2,3 dəfə azalıb

Maliyyə-Biznes | Sosial 19 yanvar 2021
0

 

“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) 2020-ci ili 129,4 milyon manat xalis mənfəətlə başa vurub.

“Newscafe” xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 2,3 dəfə azdır.

Bununla belə, ABB-nin yığılmış zərəri 20,5 mln manat olub. Halbuki, bank 2019-cu ildə 118 min manat bölüşdürülməmiş mənfəət əldə etmişdi.

2020-ci ildə ABB-nin gəlirləri 531,6 milyon manat (2019-cu illə müqayisədə 9,2% az), xərcləri 328,4 milyon manat (24,5% çox), xüsusi ehtiyatlara ayırmaları 20,4 mln manat (əvvəlki il 53 mln qənaət edib), mənfəət vergisi ödəmələri isə 53,4 mln manat (26,3% az) təşkil edib.

Bu il yanvarın 1-nə ABB-nin aktivləri 8 962,8 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,8% azdır. Bunun 2 366,2 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 9,9% böyüyüb.

Hesabat dövründə ABB-nin öhdəlikləri 3,1% azalaraq 7 636,2 milyon manata, o cümlədən depozit portfeli 1,5% azalaraq 5 549,6 milyon manata, balans kapitalı 1% azalaraq 1 326,6 milyon manata düşüb.

 Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 224,477 milyon manatdır. Bankın səhmlərinin 91,4%-i Maliyyə Nazirliyinə, 3,76%-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,13%-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına, 4,71%-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.

Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031