AMEA-da İnkubator və Texnologiya Transferi Mərkəzi yaradıldı

Tural İbadlı HiTech | Sosial 03 fevral 2021
AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi” fəaliyyətə başlayıb.
"NewsCafe" xəbər verir ki, mərkəzin təqdimatına həsr olunmuş tədbiri giriş sözü ilə açan YT Parkın baş direktoru, professor Əbülfəz Babayev mərkəzin fəaliyyətə başlaması münasibətilə hər kəsi təbrik edib.
Daha sonra Parkın icraçı direktoru Vasif Abbasov çıxış edərək akademiyada, o cümlədən YT Parkda innovasiya sahəsində fəaliyyətin təkmilləşdirilməsi, elmin kommersiyalaşdırılmasının stimullaşdırılması ilə bağlı əhəmiyyətli işlər görüldüyünü qeyd edib.
V.Abbasov mərkəzin fəaliyyətə başlaması ilə akademiyanın elmi müəssisə və təşkilatlarında əldə olunmuş innovativ perspektivli elmi nailiyyətlərin tətbiqi, eləcə də beynəlxalq elmi-innovativ fəaliyyətin gücləndirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
AMEA Rəyasət Heyəti aparatının İşlər İdarəsinin müdiri, professor Elton Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə bazar iqtisadiyyatının tələblərini qarşılamaq üçün müasir texnologiyaların ölkəmizə gətirilməsi, bu texnologiyaların tətbiqi ilə bağlı aparılan son nəticələrin Azərbaycanın ümumi daxili məhsuluna dəstək verməsi, idxaldan asılılığın azaldılması istiqamətində aparılan uğurlu islahatların öz bəhrəsini verməkdə olduğunu vurğulayıb.
Professor E.Məmmədov bildirib ki, ölkədə bir neçə oxşar müəssisə fəaliyyət göstərməsinə baxmayaraq elmtutumlu ilk texnopark olan YT Parkda AMEA-da aparılan işlərin istehsalatda tətbiqi həyata keçirilir.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728