OPSİ-nin saytında “Azərişıq”la bağlı məqalə dərc edilib

Tural İbadlı Energetika | Sosial 15 fevral 2021
0
“Azərbaycanda aparılmış islahatlar nəticəsində yerli sahibkarlar elektrik enerjisi əldə etmək üçün “Azərişıq” ASC-nin internet səhifəsində olan "bir pəncərə" sistemi vasitəsi ilə quruma onlayn müraciət edir və bu prosesi sona qədər izləyə bilir. Yeniliyin özünəməxsusluğu ondadır ki, dövlət işçisi ilə sahibkar arasında heç bir əlaqə yoxdur - təşəbbüskar yalnız elektron sistemlə əlaqə qurur”.
"NewsCafe" xəbər verir ki, bu barədə mənzil-qərargahı Fransanın paytaxtı Parisdə yerləşən, dövlət sektorundakı yeniliklər üçün qlobal forum sayılan OPSİ şirkətinin açıqlamasında bildirilir.
Azərbaycanda son illər dövlətin elektrik paylayıcı şəbəkəyə yönəltdiyi diqqət, "Azərişığ”ın müasir standartlara uyğun yenidən qurulması və inkişaf etdirilməsi fransız şirkətinin diqqətindən yayınmayıb. Açıqlamada Azərbaycanda sahibkarların elektrik enerjisi ilə 10 iş günü ərzində təmin edildiyi, son 10 ildə ölkənin iqtisadi və sosial tərəqqisi üçün əsas rol oynayan dövlət sektorunun çatdırılma imkanlarının artırıldığı qeyd olunub.
"Son illər respublikanın enerji sektorunun müasirləşdirilməsi və inkişafı istiqamətində görülən işlər miqyası və əhəmiyyəti ilə seçilir. İstehlakçıların etibarlı, təhlükəsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması üçün “Azərişıq” elektrik şəbəkələrinin əsaslı surətdə yenidən qurulması istiqamətində irimiqyaslı tədbirlər həyata keçirir. Bunlardan biri də, “Azərişıq”da sahibkarların mövcud və yaxud tikilməkdə olan binalarına 150 kilovata qədər elektrik enerjisi verilməsi üçün yenilikçi və inkişaf etmiş elektron-xidmətin yaradılmasıdır.
İslahatların əsas məqsədi 100% elektron xidmət göstərmək, vətəndaşların xərclərini və vaxtlarını azaltmaq, şəbəkəyə qoşulmaq üçün müraciət müddətini azaltmaq, şəffaflığı artırmaq, korrupsiya qarşı mübarizəni gücləndirmək, daha yüksək minimumstandartlara cavab vermək, peşəkarlıq səviyyəsini yüksəltmək və vətəndaşlara qarşı etik qaydalara daha yaxşı əməl etməkdir”, - məqalədə bildirilir.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728