"Qəbələ"nin baş məşqçisi cəzalandı

Tural İbadlı Futbol 23 fevral 2021
0
AFFA İntizam Komitəsi "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyevi 1 oyunluq cəzalandırıb.
"NewsCafe" "Report"a istinadən xəbər verir ki, səbəb 41 yaşlı mütəxəssisin "Neftçi" ilə Azərbaycan Premyer Liqasının XVI tur matçında ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılmasıdır. Qərara əsasən, Baxşıyev "Sumqayıt"la növbəti tur matçında texniki zonada yer ala bilməyəcək, klubu isə 800 manat cərimə ödəyəcək.
"Qəbələ" daha 800 manat cəriməni isə 4 futbolçusunun sarı vərəqə alması səbəbindən ödəyəcək.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728