Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
“Newscafe” xəbər verir ki, hadisə səhər saatlarında yeni Ələt-Astara avtomobil yolunda qeydə alınıb. Belə ki, mikroavtobusun yolun kənarına aşması nəticəsində 1 nəfər ölüb, daha 6 nəfər yaralanıb.
Yaralılardan 4-ü Biləsuvar, 2-si isə Cəlilabad xəstəxanalarına aparılıb.
Yaralananlar Astara rayon sakinləri - 1981-ci il təvəllüdlü Süleymanov Natiq Baloğlan oğlu, 2005-ci il təvəllüdlü Rəqsanə Süleymanlı, 1982-ci il təvəllüdlü Qəhrəmanova Əsmər Akif qızı və Masallı rayon sakini, 1982-ci il təvəllüdlü Məmmədov Ruslan Mahmud oğludur.
Ölən və digər yaralıların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
"Report"