Eldar Mahmudova məxsus şirkət ləğv olunur

Maliyyə-Biznes | Sosial 04 may 2021
0


"Kristal İnşaat" MMC ləğv olunduğunu elan edib.

“Newscafe” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Qeyd olunub ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 23a ünvanına bildirə bilərlər.

Xatırladaq ki, şirkət ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudovun oğlu Anar Mahmudova məxsusdur. "Kristal İnşaat" MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 50 manat, qanuni təmsilçisi isə Musa Məmməd oğlu Mahmudovdur.

Oxşar xəbərlər
Təqvim
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31