Azərbaycanda eyni şəxsə məxsus 5 şirkət ləğv olunur

Tural İbadlı Maliyyə-Biznes | Sosial 26 fevral 2020
0
Azərbaycanda eyni şəxsə məxsus 5 şirkət ləğv olunur
"Hader", "Degar", "Foter", "Masar" və "Qafro" MMC-lər ləğv olunduğunu elan edib.
"NewsCafe" xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin "Vergilər" qəzetində məlumat verilib.
Qeyd edilən şirkətlərin hamısı ötən il oktyabrın 25-də, 10 manat nizamnamə kapitalı ilə yaradılıb. Onların hüquqi ünvanı (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 56, mənzil 105/35) və qanuni təmsilçisi (Qurban Bəhruz oğlu Qurbanlı) də eynidir. Bu isə kommersiya qurumlarının eyni şəxsə məxsus olmasından xəbər verir.
Kreditorlar tələblərini bildirmək üçün 2 ay ərzində adı çəkilən ünvana müraciət etməlidir.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829