Bakı metrosu ötən il dövlət büdcəsindən 40 milyon manat subsidiya alıb

Tural İbadlı Maliyyə-Biznes | Sosial 08 may 2021
0
2020-ci ildə "Bakı Metropoliteni" QSC-yə dövlət büdcəsindən 40 milyon manat subsidiya ayrılıb.
"NewsCafe" xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq qurumdan bildirilib.
Bundan başqa, məlumata görə, ötən il Bakı metrosu sərnişindaşımadan 25,1 milyon manat gəlir əldə edib, onun xidmətlərinin maya dəyəri isə 111,1 milyon manat təşkil edib.
"Metroda sərnişindaşıma dayandırılsa da, bu nəqliyyat müəssisəsi spesfik xüsusiyyətli olduğundan, onun bütün qurğu və avadanlıqları saz vəziyyətdə saxlanılmalı, texniki normativ sənədlərə uyğun proseslər həyata keçirilməlidir. Bununla əlaqədar il ərzində metropolitenin istismar fəaliyyəti üzrə xərclərinin qarşılanması üçün büdcədən 27,7 milyon manat yardım ayrılıb”, - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Təqvim
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31