"NewsCafe" FED.az xəbər verir ki, tibbi ləvazimatların, avadanlıqların və dərmanların tədarükü ilə məşğul olan «Arash Medical Company» QSC təkcə 2021-ci ildə dövlət qurumlarının elan etdiyi 27 tenderin qalibi olub. Bu tenderlər çərçivəsində şirkət ümumi məbləği 29 milyon manatdan artıq sifarişlər alıb. Şirkət ən böyük tenderləri Səhiyyə Nazirliyindən qazanıb – 4 tender üzrə ümumilikdə 26,8 milyon manat. Xatırladaq ki, «Arash Medical Company» QSC-nin nizamnamə kapitalı 2 000 manatdır. Şirkət Bakı Şəhəri Nəsimi Rayonu, Abdulvahab Salamzadə, Ev 26 ünvanında yerləşir. Şirkətin qanuni təmsilçisi Məmmədov Kamran Abid oğludur.
Tender elan edən təşkilat | Tenderin predmeti | Məbləğ | Tarix |
Daxili İşlər Nazirliyinin Tibb İdarəsi | Reaktivlərin alınması | 244 551 manat | 28.12.2021 |
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası | Maşın və avadanlıqların satınalınması | 87 414 manat | 28.12.2021 |
Daxili İşlər Nazirliyinin Tibb İdarəsi | Digər tibbi ləvazimatların satın alınması | 96 086 manat | 25.12.2021 |
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi | “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” PHŞ Talassemiya bölməsi üçün lazım olan cərrahi alət və spesifik ləvazimatlarının satınalınması | 104 615 manat | 24.12.2021 |
Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi | Maşın və avadanlıqların satınalınması | 120 862 manat | 24.12.2021 |
Klinik Tibbi Mərkəzi | Tibbi avadanlıqların və tibbi təvazimatların satınalınması | 118 665 manat | 23.12.2021 |
Ağdaş Rayon Mərkəzi Xəstəxanası | Tikili və avadanlıqların cari təmiri (İSS-AC-575 markalı aparatın təmiri) | 4 972 manat | 22.12.2021 |
Kliniki Tibbi Mərkəz | Urologiya və Ümumi Cərrahiyyə şöbələri Laparoskopik cərrahiyyə alətlərinin satınalınması | 67 364 manat | 22.12.2021 |
Akademik Mirməmməd Cavadzadə adına Respubliks Kliniki Uroloji Xəstəxanası | Tibbi alətlər və avadanlıqların satınalınması | 140 064 | 17.12.2021 |
Şəki Mərkəzi Rayon Xəstəxanası | Maşın və avadanlıqların əsaslı təmiri maddəsi üzrə tibbi avadanlıqların əsaslı təmiri işləri | 48 462 manat | 16.12.2021 |
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası | Tibbi avadanlıqların ehtiyat hissələrinin satınalınması (cari təmir) | 14 547 manat | 07.12.2021 |
Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi | Tibbi avadanlıqların və ləvazimatların satın alınması | 266 610 manat | 03.12.2021 |
Ədliyyə Nazirliyi Tibb Baş İdarəs | Digər tibbi ləvazimatların satınalınması | 96 086 manat | 02.12.2021 |
Ağdaş Rayon Mərkəzi Xəstəxanası | Oksigen hazırlama qurğusunun əsaslı təmiri | 59 796 manat | 18.11.2021 |
|
|
|
|
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası | MRT avadanlığının təmiri | 3000 manat | 18.10.2021 |
Səhiyyə Nazirliyi | Qəbələ Rayon Mərkəzi Xəstəxanasının tikintisi (tibbi avadanlıqlarla təchizatı)
| 7 544 747 manat | 22.09.2021 |
Səhiyyə Nazirliyi | Bakı şəhəri Baş Səhiyyə İdarəsinin tabeliyində olan 2 nömrəli Doğum evinin əsaslı təmiri (tibbi avadanlıqlarla təchizatı)
| 5 559 022 manat | 22.09.2021 |
Səhiyyə Nazirliyi | 2 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının yeni binasının tikintisi (tibbi avadanlıqlarla təchizatı)
| 6 322 729 manat | 22.09.2021 |
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi | Ümumiprofilli müalicə müəssisələrinin fəaliyyətində istifadə olunan tibbi ləvazimatların satınalınmas | 587 853 manat | 31.08.2021 |
İnnovasiya Və Təchizat Mərkəzi | Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrinin, həmçinin dövlət və tədbirlər proqramları üzrə nəzərdə tutulan tibbi və digər aparatlar, avadanlıqlar və invertarların satınalınması | 7 354 813 manat | 13.07.2021 |
Daxili İşlər Nazirliyinin Tibb İdarəsi | Narkotik testlərin satınalınması | 53 730 manat | 24.05.2021 |
Daxili İşlər Nazirliyinin Tibb İdarəsi | Şəkər ölçən aparat üçün striplərin satın alınması | 137 603 manat | 24.05.2021 |
Daxili İşlər Nazirliyinin Tibb İdarəsi | Rentgen plyonkalarının, cərrahi, stomotoloji, dezinfeksiya ediçi və digər istismar materiallarının satınalınması | 81 634 manat | 20.05.2021 |
Daxili İşlər Nazirliyinin Tibb İdarəsi | Maliyyə Nazirliyinin Aparatına dərman və tibbi ləvazimatların satın alınması | 7 010 manat | 07.05.2021 |
Daxili İşlər Nazirliyinin Tibb İdarəsi | Reaktivlərin satın alınması | 276 411 manat | 06.04.2021 |
Daxili İşlər Nazirliyinin Tibb İdarəsi | Tibbi mal-materialların alınması | 105 018 manat | 01.03.2021 |
Daxili İşlər Nazirliyinin Tibb İdarəsi | Tibbi mal-materialların alınması | 32 998 manat | 27.01.2021 |
27 tender | 29 536 642 manat |