Dayanacaqlardan terminalların götürülməsi səbəbi açıqlanıb

Tural İbadlı Energetika 10 yanvar 2022
0
"Paytaxtda dayanacaqlardan "Bakıkart"a məxsus ödəniş terminallarının götürülməsi texniki amillərlə bağlıdır".
"NewsCafe" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib.
M.Ağayev qeyd edib ki, bu proses "BakıKart"ın balansını artırmaq imkanının məhdudlaşdırılması kimi qiymətləndirilməməlidir:
"Tam əksinə əvvəlki vaxtlarla müqayisədə hazırda sərnişinlərimizə "BakıKart"ın balansını artıra bilməsi üçün daha geniş imkanlar təqdim edilir. Sentyabrdan başlayaraq sərnişinlərimizin "BakıKart"ın balansını daha rahat artıra bilməsi üçün müasir texnologiyalara əsaslanan yeni əlavə imkanlar yaradılıb. Nəticədə artıq avtobus dayanacaq məntəqələrindən kənarda da sərnişinlərimizə "BakıKart"ın balansını artımaq imkanı yaradılıb. Belə ki, əvvəllər sərnişinlərimizin istifadəsində avtobus dayanacaq məntəqələrində 197 "MilliÖn" və 50 ədəd "BakıKart" terminalı mövcud idi. Sentyabrda tətbiq edilən yenilik sayəsində hazırda bütün "MilliÖn" terminalları "BakıKart" ödənişlərini qəbul edir. Birdən-birə sərnişinlərimizin ödəniş etmə imkanları əhəmiyyətli dərəcə yaxşılaşıb, genişlənib. Yəni "MilliÖn" terminalları vasitəsilə etdiyiniz digər ödənişlər kimi "BakıKart" balansınızı da artıa bilərsiz".
"Nəzərə alsaq ki, Bakı şəhərinin inzibati ərazisində 1 400 ədəddən çox "MilliÖn" var, bu artıq sərnişinlərimiz üçün çox böyük rahatlıq deməkdir. Ona görə bir daha sərnişinlərimizə müraciət edərək bildirmək istərdim ki, "BakıKart"ın balansını artırmaq üçün hər hansısa avtobus dayanacaq məntəqəsində ödəniş terminallarını axtarmağa zərurət yoxdu. Bütün digər ödənişlər kimi bunu marketlərdə, iaşə obyektlərində olan "MilliÖn" terminalları ilə edə bilərlər", - M.Ağayev bildirib.
Qeyd edək ki, son günlər paytaxtdakı bir çox avtobus dayanacaqlarından "Bakıkart"a məxsus ödəniş terminallarının götürülməsi müşahidə edilir.
@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31