Azərbaycanda “COVID 2020” adlı şirkət qeydiyyata alındı

Tural İbadlı Maliyyə-Biznes | Sosial 16 fevral 2021
0
Azərbaycanda “COVID 2020” adlı şirkət dövlət qeydiyyatına alınıb.
"NewsCafe" açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, “COVID 2020” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1805129991) 4 dekabr 2020-ci il tarixində dövlət qeydiyyatına alınıb.
“COVID 2020” MMC-nin hüquqi ünvanı Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 9-cu mədən, ev. 57-də yerləşir. Nizamnamə kapitalı cəmi 2 manat olan “COVID 2020” MMC-nin qanuni təmsilçisi Məmmədov Coşqun Mayıl oğludur.
Məlumat üçün bildirək ki, 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində insanların kütləvi surətdə xəstələnməsi qeydə alınıb. Araşdırmalardan sonra xəstəliyə SARS-CoV-2 virusunun səbəb olduğu müəyyən olunub.
Ümumdünya Səhiyyə Təşkilatı bu virusu “COVID-19” olaraq adlandırıb. Daha sonra bütün dünyaya yayılan “COVID-19” virusu səbəbindən son bir il ərzində milyonlarla insan həyatını itirib.
@Yeniavaz.com
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728