DİN Manaf Ağayevin avtomobili ilə bağlı açıqlama yaydı

Tural İbadlı Daxili xəbərlər 02 aprel 2022
0
Daxili İşlər Nazirliyi (DİN) vəkil Adəm Məmmədovun müğənni Manaf Ağayevə məxsus "Mercedes" markalı avtomobilinin qanunsuz olaraq polisin cərimə meydançasında saxlanılması iddialarına münasibət bildirib.
"NewsCafe"nin məlumatına görə, DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev "Report"un sorğusuna cavab olaraq bildirib ki, vəkilin iddiaları əsassızdır.
"Manaf Ağayevin avtomobilinin polisin müvəqqəti dayanacaqda saxlanılması ilə bağlı vəkil Adəm Məmmədovun iddiaları həqiqəti əks etdirmir. Avtomobil Manaf Ağayevin barəsində tətbiq olunmuş inzibati tənbeh tədbiri ödənildikdən dərhal sonra müğənniyə təhvil verilib", - DİN rəsmisi vurğulayıb.
Qeyd edək ki, fevralın 17-də sosial şəbəkələrdə müğənni M.Ağayevin işğaldan azad edilmiş ərazilərə səfər etməsini əks etdirən görüntülər yayılmışdı. Daha sonra Bakı şəhəri ərazisində M.Ağayev və onun yanındakı vətəndaş Sənan Hüseynov polis idarəsinə dəvət olunublar.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, onlar işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla daxil olublar. Bununla bağlı onların izahatları alınıb. Həmin şəxslər saxlanılıb.
Yasamal Rayon Məhkəməsi qərarı ilə M.Ağayev və S.Hüseynov 15 sutka həbs edilib.
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930