Sabiq deputat avtomobil qəzası keçirib -FOTO

Tural İbadlı Qəza | Sosial 01 fevral 2020
0
Sabiq deputat avtomobil qəzası keçirib -FOTO
14 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputatlığa namizəd Nazim Bəydəmirli avtomobil qəzası keçirib.
NewsCafe” xəbər verir ki, bu barədə o, özü məlumat verib.
N.Bəydəmirli qeyd edib ki, qəza səbəbindən bu günə nəzərdə tutulan digər görüşləri təxirə düşüb:
“İsalı kəndindən görüşdən qayıdarkən Fərzalı kəndində yüngül qəza keçirdik, bu səbəbdən Zamanlı, Mor-Mor, Göyəmli kəndlərindəki görüşlərimizi təxirə salmalı olduq. Deyəsən, xalqımız demiş "göz dəydi".. Sabahdan görüşlərimiz davam etdiriləcək, bu millətin yolunda ölümə də hazır olmalıyıq.. Biz fəaliyyətimizlə qələbəni çoxdan təmin etmişik, rəsmiləşdirmək isə dövlətin işidir.. İstəsə rəsmiləşdirəcək, istəməsə yox, bu sadə həqiqəti isə hamı bilir”.
Xatırladaq ki, N.Bəydəmirli II çağırış Milli Məclisin deputatı olub.






Oxşar xəbərlər
Təqvim
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829