"Azərişıq" əməkdaşlarına vaksin vurulur

Tural İbadlı Energetika | Sosial 06 aprel 2021
0
Bu gündən “Azərişıq” ASC-nin əməkdaşlarının vaksinasiyası başlayıb. Ümumilikdə 4 gün ərzində davam edəcək vaksinasiya TƏBİB-lə birgə həyata keçirilir.
"NewsCafe"nin xəbərinə görə, “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev bildirib ki, 1000-ə yaxın əməkdaşın peyvəndlənməsi nəzərdə tutulub:
“Daim əməkdaşlarının təhükəsizliyinə və sağlamlığına üstünlük verən “Azərişıq” pandemiya başladığı dövrdən də bütün qaydalara riayət edib.
Qarşıdakı 4 gündə könüllülük prinsipi əsasında 40-50 yaş arası 1000-ə yaxın əməkdaşımız peyvəndlənəcək. Amma əgər müraciət olarsa 50 yaşdan yuxarı əməkdaşlarımızın da vaksinasiyası üçün şərait yarada bilərik”.
TƏBİB nümayəndəsi Günel Məmmədova isə bildirib ki, hazırda ölkə ərazisində olduğu kimi “Azərişıq” əməkdaşlarına da Çinin “Sinovac” şirkətinin "CoronaVac" vaksini vurulacaq:
“Hər gün üçün təxminın 200 nəfər “Azərişıq” əməkdaşının peyvəndlənməsi nəzərdə tutulur”-deyə o əlavə edib.

Oxşar xəbərlər
Təqvim
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930