Niyaməddin Musayev xəstəxanandan evə buraxıldı

Tural İbadlı Səhiyyə 13 aprel 2021
0
Koronavirusa (COVID-19) yoluxaraq Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən Xalq artisti Niyaməddin Musayev evə buraxılıb.
"NewsCafe" xəbər verir ki, 81 yaşlı müğənni "Instagram" səhifəsində hər şeyin yaxşı olduğunu yazıb.
“Yazdığınız hər bir gözəl söz, etdiyiniz dualar mənim üçün dəyərlidir. Bilirəm ki, mənə görə nigaran qalmısız. Şükürlər olsun, Azərbaycanın savadlı həkimləri sayəsində hər şey yaxşıdır. Bütün həkimlərə təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, N.Musayev müalicəsini ev şəraitində davam etdirəcək.
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930