“Azərxalça” 1,4 milyon manata avtobus və yük avtomobilləri alır

Tural İbadlı Maliyyə-Biznes | Sosial 25 dekabr 2019
0
“Azərxalça” 1,4 milyon manata avtobus və yük avtomobilləri alır
Azərxalça” ASC-nin elan etdiyi iki açıq tenderin qalibi “Azavtobus” MMC olub.
NewsCafe” xəbər verir ki, tenderlərin ümumi məbləği 1 392 202,35 manatdır.
Məlumatda deyilir ki, səhmdar cəmiyyət 5 ədəd oturacaqlarin sayı 28-30 arasi olan avtobusların satın alınmasına 717 195,15 manat, 5 ədəd orta ağır tonnajlı yük avtomobillərinin satınalınmasına isə 675 007,2 manat xərcləyəcək.
Xatırladaq ki, 2014-cü ildə dövlət qeydiyyatına alınan “Azavtobus” MMC-nin nizamnamə kapitalı 1000 manat, qanuni təmsilçisi isə Rüfət İsrafil oğlu Zeynalovdur.
Hər bir avtobus 143 min 439 manat 3 qəpiyə, yük avtomobilləri isə 135 min 1 manat 44 qəpiyə başa gəlib
Oxşar xəbərlər
Təqvim
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031